Zelenski qələbə planını Avropa Şurasına təqdim etdi - “Rusiyanı məcbur etməliyik"
Ukrayna prezidenti Volodimir Zelenski qələbə planını və ya Rusiyanı real diplomatiyaya məcbur etmək strategiyasını Avropa Şurasına (AŞ) təqdim edib.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu hadisə Zelenskinin AŞ iclasında çıxışı zamanı baş verib.
Ukraynanın dövlət başçısı Avropa birliyini təkcə Ukraynanın deyil, bütün Avropa xalqlarının təhlükəsizliyini təmin edən silah adlandırıb.
Zelenski qeyd edib ki, qələbə planı Rusiyanı əsl diplomatiyaya hazırlaya və onu ədalətli sülhə məcbur edə bilər.
O, bu planın həyata keçirilməsinə kömək üçün sammit iştirakçılarına müraciət edib: “İndi başlasaq və qələbə planına əməl etsək, gələn ildən gec olmayaraq bu müharibəni bitirə biləcəyik”, - deyə Zelenski vurğulayıb.
Ukrayna liderinin sözlərinə görə, planın məqsədi təkcə Ukraynanı deyil, həm də bütün Avro-Atlantik birliyi gücləndirməkdir.
“Rusiya yalnız gücün heç nəyə nail olmayacağını görəndə diplomatiyaya əl atacaq. Buz zəruri şəraiti yaratmalıyıq ki, bu müharibəni qurtaraq” – deyə o vurğulayıb.
Zelenski qələbə planını Avropa liderlərinin masasına qoymağa hazır olduğunu və onların dəstəyinə ümid etdiyini vurğulayıb.
“Ukrayna əsl diplomatiyaya hazırdır. Amma bunun üçün biz güclü olmalıyıq. Ədalətli sülh əvəzinə güc vasitəsilə sırınan barışlar heç vaxt təhlükəsizliyi təmin etməyib. Müharibə qayıdanda heç kim xoşbəxt olmur”, - deyə Zelenski nəzərə çatdırıb.
Sonra o, qələbə planının hər bir bəndi barədə ayrıca danışıb.
Xatirə SADİQ