Gəncədə təyyarəyə minməzdən öncə bu fotonu paylaşıb belə yazmışdı - FOTOLAR

Hərbi yük təyyarəsində həlak olan kiçik zabit Ramazan Yağızla bağlı ürəkdağlayan fakt açıqlanıb.

Nov 12, 2025 - 17:35
Gəncədə təyyarəyə minməzdən öncə bu fotonu paylaşıb belə yazmışdı - FOTOLAR

SAVASHMEDİA.az-ın məlumatına görə, şəhidin doğulduğu Bursanın Harmancık rayonunun Çatalsöğüt məhəlləsinin muxtarı Adnan Çakmak bildirib ki, Ramazan Yağız şəhadət şərbətini şəhid dostu ilə eyni gündə içib.

“Ramazan 1991-ci ildə atasını itirib. Göz yaşlarımızı saxlaya bilmirik, çox yaxşı insan idi, vətənpərvər idi,  atasız böyümüşdü. Məzuniyyəti çox olmurdu, olanda da bura gəlib atasının məzarını ziyarət edirdi. Allah axirətini gözəl etsin. Bu, 3 il fərqlə eyni ayın eyni günündə verdiyimiz ikinci şəhidimizdir. Ramazan təyyarəyə minməzdən əvvəl uşaqlıq dostu, 3 il öncə 11 noyabrda  “Pəncə-Kilid” əməliyyatında şəhid verdiyimiz çavuş Emre Sevinçin şəklini paylaşaraq “Şəhadətinin ildönümündə məkanın cənnət olsun, igidim” yazıbmış. Elə o paylaşımdan saatlar sonra təyyarə qəzasında özü də şəhid oldu. Evli və iki övlad atası idi. Bizə iki əmanət qoyub getdi. Əmanətlərinə sahib çıxacağıq” – A. Çakmak bildirib.

Məlumata görə, Ramazan Yağız 2 il əvvəl kök hüceyrə bağışlayaraq bir xərçəng xəstəsinin həyatını xilas edib.

Xatırladaq ki, ötən gün (11 noyabr) Gəncədən Türkiyəyə uçan, Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus “C130” hərbi yük təyyarəsi Gürcüstanda qəzaya düşüb. Qəza nəticəsində 20 hərbçi həlak olub. Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin qurumun ekspert qrupunun apardığı ətraflı araşdırmadan sonra açıqlanacağını bildirib.

Banu