Səfir Tramp administrasiyasının təzyiqlərinə dözmədi – “Financial Times”

ABŞ-nin Kiyevdəki səfiri Bricit Brink Tramp administrasiyası ilə artan siyasi fikir ayrılıqlarına görə istefa verib.

Apr 11, 2025 - 12:21
Səfir Tramp administrasiyasının təzyiqlərinə dözmədi – “Financial Times”

SAVASHMEDİA.az bu barədə “Financial Times” nəşrinə istinadən xəbər verir.

Mənbələr bildiriblər ki, onun gedişi həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə iş münasibətlərinin pisləşməsi fonunda baş verib, hərçənd onun istefa verməsinin səbəbi bu deyil.

Brinkin istefa qərarı ilə tanış olan şəxslər söyləyiblər ki, Trump administrasiyasının yüksək vəzifəli rəsmiləri tərəfindən artan təzyiqlərə məruz qalıb. Çünki məmurlar səfirin administrasiyanın Ukrayna strategiyasını dəstəkləməyə hazır olduğuna şübhə ilə yanaşıblar. 

Qərbin Kiyevdəki diplomatları bildiriblər ki, Brink 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalının ilk həftələrindən bəri Kiyevin ictimai və özəl sahədə ən mühüm müdafiəçisi olub. Diplomatlardan biri amerikalı həmkarını “güclü xarakter” və “ciddi diplomat” kimi xarakterizə edib, lakin Tramp və Zelenskinin ofislərinin təzyiqləri öz sözünü deyib.

Ukrayna məmurları bildiriblər ki, Brinkin xüsusilə ölkədə kök salmış korrupsiya ilə mübarizə səylərinə həddindən artıq onlara tənqidi yanaşdığını hesab edirlər. 

Rəsmilər son vaxtlar onun ismarıclarında nəzərəçarpacaq dəyişikliyə diqqət çəkiblər. Onların fikrincə, səfirin postları Trampın mövqelərinə daha çox uyğundur və Ukraynaya münasibətdə daha çox tənqididir.

Xatırladaq ki, Krivoq Roqda 9 uşağın ölümü ilə nəticələnmiş Rusiya bombardmanı zamanı səfirin sosial şəbəkələrdə paylaşdığı postunda Rusiyanın adını çəkməməsi Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən sərt tənqidə məruz qalmışdı. Zelenski amerikalı diplomatı qorxaqlıqda ittiham etmişdi. 

Xatirə SADİQ