“Putin sülh istəmir” - Avropa Komissiyasının prezidenti
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı təzyiqi artırmaq üçün yeni sanksiyalar hazırlayır.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Albaniyada keçirilən sammitdə deyib.
“O, sülh istəmir. Ona görə də biz təzyiqləri artırmalıyıq. Buna görə də biz yeni sanksiyalar paketi üzərində işləyirik. Bu paketə, məsələn, “Şimal axını” və “Şimal axını-2”yə qarşı sanksiyalar daxildir. Buraya Rusiyanın “kölgə donanması”ndan daha çox gəmi, o cümlədən neftin qiymətinin yuxarı həddini aşağı salmaq və Rusiyanın maliyyə sektoruna qarşı əlavə sanksiyalar daxil ediləcək”, - deyə Putini nəzərdə tutan fon der Lyayen vurğulayıb.
Eyni zamanda məmurlar və diplomatlar agentliyə bildiriblər ki, Avropa liderlərinin son günlər təhdid etdiyi “kütləvi” sanksiyaların uğur qazanması üçün ABŞ-nin dəstəyi lazımdır.
Xatirə SADIQ