Ruslar reallıqdan kənar tələb irəli sürüblər - “Axios”
Ukrayna və Rusiya arasında İstanbulun Dolmabağça sarayında keçirilən görüş bir saatdan çox davam edib və heç bir ciddi irəliləyiş əldə olunmayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Axios” portal yazıb.
“Sky News” isə xəbər verib ki, danışıqlar zamanı Rusiya nümayəndə heyəti reallıqdan kənar tələblər irəli sürüb.
Mənbə onu da təsdiqləyib ki, ruslar Amerika nümayəndə heyətinin nümayəndəsi, dövlət katibinin baş müşaviri Maykl Antonun danışıqlarda iştirakını istəməyiblər, amma danışıqlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın iştirak ediblər.
Nəşrin ukraynalı həmsöhbəti hesab edir ki, ruslar həqiqətən problemləri həll etməyə gəlsəydilər, amerikalıları görüşdə görməkdən şad olardılar.
“Onlar amerikalılardan nəyi gizlətməlidirlər ki? Bu onu göstərə bilər ki, ruslar ciddi sülh addımlarına hazır deyillər və sadəcə olaraq prosesi ləngitmək istəyirlər”, - deyə mənbə bildirib.
Xatirə SADIQ