Ukrayna və ABŞ sazişi bu gün imzalayacaq?
Ukrayna və ABŞ bu gün yerin təki barədə sazişi imzalaya bilər.
SAVASHMEDİA.az bu barədə “RBK-Ukrayna”ya istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ukrayna Nazirlər Kabineti bu gün ABŞ ilə iqtisadi əməkdaşlıq haqqında sazişin mətnini təsdiqləyə bilər.
“Biz bu gün imzalamağa hazırıq”, - deyə nəşrin mənbələrindən biri vurğulayıb.
O, əlavə edib ki, Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko hazırda Vaşinqtondadır.
Mənbələrin məlumatına görə, bu dəqiqələrdə sənədin yekun texniki təfərrüatları razılaşdırılır.
Xatirə SADİQ