Sumqayıtda və Bakının bu ərazilərində 2 gün su olmayacaq
Sumqayıt şəhərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, 1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təmin edən əsas su kəmərində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq şəhərin bəzi hissələrinə, o cümlədən Müşfiqabad, Altyalı və 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Təmir işlərinin 3 may axşam saatlarında yekunlaşdırılması və su təchizatının əvvəlki rejimdə bərpa olunması nəzərdə tutulur.