"Ənvərlə mübahisəmiz olmuşdu, amma..." - "Komedixana"dan niyə getdi?

Aktyor Cavidan Novruz "Komedixana"dan getməsi haqda sualları cavablandırıb. 

May 16, 2025 - 18:32
"Ənvərlə mübahisəmiz olmuşdu, amma..." - "Komedixana"dan niyə getdi?

SAVASHMEDİA.az xəbər verir ki, bu haqda sənətçi "Elgizlə izlə"də danışıb. 

O bildirib ki, "Komedixana"dan getməsinə səbəb pul olmayıb:

"Azərbaycanda ən çox qonorar "Komedixana"da verilir. Heç vaxt pul problemi olmur. Mənim teatrda işlərim çox olub. Məqsədim teatrda qalmaq idi".

Cavidan "Deyirlər, Ənvər Abbasovla dalaşmısan" sözlərinə "Ənvərlə mübahisəmiz olmuşdu, sonra yola getdik. Problem o deyildi" reaksiyasını verib.