Məşhur türk aktyorun üstünə ağac aşdı – Vəziyyəti ağırdır + ANBAAN VİDEO
Türkiyənin məşhur teatr və kino aktyoru İbrahim Yıldızın üstünə ağac aşıb.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə İstanbulun Kartal rayonunda baş verib.
Belə ki, güclü külək nəticəsində aşan ağac aktyorun üstünə düşüb.
İ.Yıldızı ətrafda olan vətəndaşlar ağacın altından çıxararaq Pendik Təhsil və Araşdırma Xəstəxanasına çatdırıblar.
Xəstəxananın yaydığı məlumata görə, 27 yaşlı aktyor komadadır, vəziyyəti ağırdır.
Qeyd edək ki, İbrahim Yıldız “Duy beni”, “Muhteşem Yüzyıl Kösem” seriallarında rol alıb.
Banu
Fotoda: İbrahim Yıldız