Zelenski Abbasla bağlı başsağlığı verdi
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə hücum zamanı həyatını itirən azərbaycanlı ilə bağlı başsağlığı verib.
SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna lideri bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
Onun sözlərinə görə, ötən gün Rusiya tərəfindən Kiyevə hücum zamanı 2 nəfər həlak olub: “Onlardan biri Azərbaycan vətəndaşıdır. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”.
V.Zelenski həmçinin bildirib ki, Xarkova hücumda 9-u uşaq olmaqla, 28 nəfər yaralanıb.
Xatırladaq ki, sentyabrın 27-də Ukraynanın paytaxtı Kiyev ətrafında yerləşən “Stolıçnı” kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücumuna məruz qalıb. Hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov həyatını itirib.