“Azərbaycan vətəndaşları ölkəmizə gətirilir” – “AZAL” prezidenti
Bakı-Qroznı marşrutu ilə uçan “Embraer 190” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalanların günorta saatlarında Azərbaycana gətirilməsi planlaşdırılır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə jurnalistlərə “AZAL” prezidenti Samir Rzayev deyib.
Onun sözlərinə görə, hazırda qəzanın səbəbləri ilə bağlı ətraflı araşdırma aparılır: “Qara qutu aşkarlanıb. Qara qutunun şifrəsinin açılması qanuna uyğun olaraq həyata keçiriləcək. Təyyarə oktyabr ayında əsaslı təmir olunub, texniki baxışdan keçib və 15 min saatdan çox uçuş etmiş təcrübəli pilotlar tərəfindən idarə olunub. Bununla belə, hadisənin səbəbləri araşdırılır”.
“AZAL rəhbəri qəza zamanı iki təcrübəli pilotun və bir stüardessanın həlak olmasına görə təəssüfləndiyini bildirib.
Xatirə SADİQ