"Tramp məni bağışlasın, amma o, axmaqdır, elə atası da..." - İlber Ortaylı
Türkiyənin məşhur tarixçi alimi İlber Ortaylı ABŞ prezidenti Donald Trampı “axmaq” adlandırıb.
İlber Ortaylı Türkiyədə yayımlanan verilişlərdən birində qonaq olub. Proqramda Trampın fələstinliləri sıxışdıracaq “Qəzza planı” gündəmə gətirilib.
İlber Ortaylı Trampın bu planlarını tənqid edib:
“Tramp bağışlasın, amma o, axmaqdır. Onlar tacir ailəsidir. O, bunu atasından görüb. Hər bir Amerika ailəsinin uşağı kimi kifayət qədər ərköyündür”.
(publika)