"Qarabağ"dan Ramil Şeydayev açıqlaması
"Qarabağ" klubu Ramil Şeydayevin transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məsələyə aydınlıq gətirib:
“Məndə bununla bağlı məlumat yoxdur. Əgər komandaya yeni oyunçu cəlb edilsə, rəsmi formada açıqlayacağıq”.
Qeyd edək ki, "Neftçi" ötən gün Şeydayevlə qarşılıqlı razılıq əsasında ayırdığını açıqlayıb.
Hücumçu 2017/2018 mövsümündə və 2021-2023-cü illər aralığında “Qarabağ”da çıxış edib.