"Zelenskiyə o qədər demişəm ki, Şoltsdan əl çək" - NATO baş katibi
“Bəzən Ukrayna prezidenti Volodimir Zelenskinin Almaniya kansleri Olaf Şoltsun ünvanına kəskin tənqidi əsassız olur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “dpa”ya müsahibəsində bildirib.
Rutte hesab edir ki, Almaniya kanslerinin Ukrayna üçün etdikləri təsiredicidir: “Mən tez-tez Zelenskiyə deyirdim ki, Şoltsu tənqid etməyi dayandırmalıdır, çünki bunu ədalətsizlik hesab edirəm”.
Onun sözlərinə görə, Şolts elə addımlar atıb ki, Almaniya Ukraynaya hərbi dəstəyin həcmi baxımından ABŞ-dən sonra ikinci yeri tutur. Bu, Kiyevin də minnətdar ola biləcəyi bir nailiyyətdir.
Eyni zamanda Rutte eyham edib ki, Şoltsdan fərqli olaraq, o, Ukraynaya “Taurus” qanadlı raketləri tədarük edərdi və onların istifadəsinə heç bir məhdudiyyət qoymazdı: “Ümumiyyətlə, biz bilirik ki, bu cür imkanlar Ukrayna üçün çox vacibdir”.
Bununla belə, NATO baş katibi əlavə edib ki, müttəfiqlərin məhz nəyi tədarük edəcəkləri qərarını o, vermir.
Xatırladaq ki, Zelenski bu yaxınlarda Şoltsu onun iradəsinə zidd olaraq Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmasına görə tənqid edib. O, həmçinin kanslerin “Taurus” qanadlı raketlərini tədarük etməkdən imtinasını anlamadığını dəfələrlə açıq şəkildə ifadə edib.
Almaniya kansleri bu addımını vəziyyətin gərginləşdirməmək istəyi ilə izah edib.
Xatirə SADİQ