“Köhnə münasibətlər bitdi, çətin olacaq” - Kanadanın baş naziri
“Bizim Birləşmiş Ştatlarla davamlı olaraq dərinləşən inteqrasiyaya əsaslanan köhnə münasibətlərimizə son qoyuldu”.
SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Kanadanın baş naziri Mark Karni bəyan edib.
Liberal Partiyasının ümumi seçkilərdə qalib gəlməsindən sonra Ottavada çıxış edən baş nazir Kanadanın ABŞ ilə prezident Donald Trampın “51-ci dövlət”lə bağlı qalmaqallı açıqlamalarından və başlatdığı tarif müharibəsindən sonra pisləşən münasibətlərindən danışıb.
Onun sözlərinə görə, Kanadanın II Dünya müharibəsindən bəri etibar etdiyi system – ABŞ-yə əsaslanmış açıq dünya ticarət sistemi ideal olmasa da, onilliklər ərzində ölkənin rifahını təmin etməyə kömək edib, amma artıq bu system bitib.
Karni mövcud vəziyyəti “faciə” adlandırıb, lakin əlavə edib ki, “bu, bizim yeni reallığımızdır”.
Baş nazir qarşıdan gələn ayların çətin olacağı və qurbanlar tələb edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xatirə SADİQ