ABŞ-nin qırıcı təyyarəsi Qırmızı dənizdə batdı - CNN  

ABŞ-nin Harri Trüman təyyarədaşıyan gəmisinin kəskin manevri zamanı F/A-18 qırıcı təyyarəsi göyərtədən Qırmızı dənizə düşərək batıb. 

Apr 29, 2025 - 13:48
ABŞ-nin qırıcı təyyarəsi Qırmızı dənizdə batdı - CNN  

SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, hadisə aprelin 28-də husilərin hücumundan yayınmaq istərkən baş verib. 

Məlumata görə, ekipaj təyyarəyə nəzarəti itirəndə F/A-18E anqara çəkilirdi. Belə qırıcının qiyməti 60 milyon dolları ötür. Hazırda araşdırma aparılır. 

ABŞ məmurları bildiriblər ki, gəmi atəşdən yayınmaq üçün kəskin kurs dəyişikliyi etmək məcburiyyətində qalıb. 

ABŞ Hərbi Dəniz Qüvvələrindən bildirilib ki, hadisə zamanı “Trüman” zərbə qrupu Qırmızı dənizdə olub və döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib. 

Xatirə SADİQ