Qəddafinin oğlu öldürüldü
Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam öldürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, onun ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirildiyi məlum olub.
Seyf əl-İslam ölümü ailə tərəfindən təsdiqlənib, lakin hadisənin təfərrüatları hələ tam aydın deyil.
Xatırladaq ki, Muəmmər Qəddafinin oğlu Seyf əl-İslam Liviyada sabiq rejimin ən tanınmış üzvlərindən biri idi. O, 2011-ci ildə ölkədəki üsyandan sonra həbs olunmuş, sonra azadlığa buraxılmışdı.
Oğuz