Rusiyaya qarşı sanksiyalar iyul ayına qədər ertələndi - ABŞ Senatı

Senatorlar arasında konsensusa baxmayaraq, ABŞ Rusiyaya və onun ticarət tərəfdaşlarına qarşı yeni sanksiyaların tətbiqi barədə qanun layihəsinə baxılmasını ən azı iyul ayına qədər ertələyib.

Jun 19, 2025 - 12:45
Rusiyaya qarşı sanksiyalar iyul ayına qədər ertələndi - ABŞ Senatı

SAVASHMEDİA.az bu barədə “Semafor” portalına istinadən xəbər verir. 

Buna səbəb İsrail və İran arasında müharibənin genişlənməsi, eləcə də respublikaçıların yeni vergi təşəbbüsləri olub. Senator Con Tunun sözlərinə görə, Senatı “dəyişikliklərə açıqdır”, lakin Tramp administrasiyasından siqnal gözləyir. 

Qanun layihəsinin həmmüəllifi senator Lindsi Qrem etiraf edib ki, sanksiyaları ertələmək lazım gələcək. Lakin o, əmin edib ki, Rusiya və Ukrayna onun üçün əsas prioritetlər olaraq qalır. 

“Hazırda İran diqqət mərkəzindədir, lakin bu, Rusiya və ya Ukraynanı unutduğum demək deyil”, - deyə senator vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları Ukraynada müharibəyə son qoymaq üçün mümkün razılaşma əldə olunana qədər təxirə saldığını bildirib. 

Xatirə SADİQ