Tramp bu generalı Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdi

ABŞ-nin 47-ci prezidenti Donald Tramp istefada olan general Kit Kelloqu özünün Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib.

Nov 28, 2024 - 12:06
Tramp bu generalı Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” şəbəkəsində məlumat yayıb.

O, Kelloqun görkəmli hərbi və işgüzar karyeraya, xüsusən də milli təhlükəsizlik sahəsində təcrübəyə malik olduğunu bildirib. 

“Biz birlikdə güc yolu ilə sülh gətirəcəyik, Amerika və dünyanı yenidən təhlükəsiz edəcəyik!", - deyə Tramp əlavə edib. 

Qeyd edək ki, Kelloq ehtiyatda olan general-leytenandır, o, Vyetnam müharibəsinin veteranıdır. Hazırda o, Trampyönlü beyin mərkəzi olan “America First Policy Institute”da (Amerika Birinci Siyasət İnstitutu) işləyir və Tramp administrasiyasının milli təhlükəsizlik siyasəti ilə bağlı müxtəlif təkliflər irəli sürür. O, bu yay Ukrayna üçün sülh planının hazırlanmasında iştirak edib. 

Xatirə SADİQ