“Orbeliani sarayı Zurabişviliyə miras qalmayıb” – Gürcüstan parlamentinin spikeri
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müşavirlərinin ölkənin beşinci prezidenti Salome Zurabişviliyə Orbeliani sarayını sərbəst tərk etməyi məsləhət görəcəklərini ümid etdiyini bildirib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, spiker bunu yeni president Mixail Kalvalişvinin parlamentdəki andişmə mərasimindən öncə jurnalistlərə deyib.
“Düşünürəm ki, sonda onun hələ sağlam düşüncəsi olan məsləhətçiləri gürcü xalqının əleyhinə getməmək üçün ona müvafiq məsləhətlər verəcəklər”, - deyə spiker əlavə edib.
Papuaşvili xatırladıb ki, Atoneli küçəsindəki Orbeliani sarayının binası Zurabişviliyə miras qalmayıb: “Əcdadlarından nə qədər tez-tez danışsa da, bu bina ona miras qalmayıb. Bu bina gürcü xalqına və gürcü xalqının prezidentinə məxsusdur. Ona görə də gözləyirəm ki, ona istiqamət göstərən müşavirlər hər halda gürcü xalqının əleyhinə getməyəcəklərini nəzərə alacaqlar”.
Müxalifət partiyalarının Salome Zurabişvilinin yenidən prezident olacağı ilə bağlı bəyanatlarına gəlincə, Şalva Papuaşvili qeyd edib ki, bu, “müxalifətin riyakarlığını göstərir”.
“Bildiyimə görə, onların daimi prezidenti Mixail Saakaşvilidir və indi xanım Salome də “ürəklərində prezident” olarsa, bu, onların problemidir. Belə çıxır ki, onların da 2 prezidenti olacaq...” Papuaşvili istehza ilə bildirib.
Şalva Papuaşvilinin sözlərinə görə, inaqurasiyadan sonra Kavelaşvili Gürcüstan prezidentinin iqamətgahı olan Orbeliani sarayında işləyəcək.
Bu arada Gürcüstan vətəndaşları Atoneli küçəsindəki iqamətgahda toplaşaraq Zurabişvili və müxalifətin gələcək fəaliyyət planının necə olacağını gözləyirlər.
Etirazçıların plakatlarından birində “Əllərinizi xanım prezidentdən çəkin!” şüarı yazılıb.
Xatirə SADİQ