Zurabişvili prezident iqamətgahını tərk etdi
Gürcüstan prezidenti Salome Zurabişvili prezident iqfmətgahı olan Orbeliani saraylnı tərk edəcəyini bildirib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Zurabişvili bunu iqamətgahın önündə toplaşan vətənlara xitabən deyib.
“Mən buradan sizinlə birlikdə çıxacağam və sizinlə birlikdə olacağam”, - deyə Zurabişvili vurğulayıb.
Onun sözlərinə görə, gürcü xalqına sədaqətini saxlayacaq.
“İlk növbədə, hər kəsə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, bu gün biz burada dayanırıq. O tərəfdə boşluq var. Bu tərəfdə cəmiyyət var, orada onlar qapalıdır. Biz burada küçədəyik, çünki biz heç bir şeydən, o cümlədən və barmaqlıqlardan qorxmuruq. Sizə demək və hesabat vermək istəyirəm: 6 il bundan əvvəl mən Konstitusiyaya and içmişəm, amma bundan çox vətənə və xalqa sədaqətə and içmişəm. Ona görə də bu gün buradayam və bu sədaqəti sarayda və ya kənarda olmağımdan asılı olmayaraq dəyişmək olmaz. Buradan sizinlə birlikdə çıxıb gedəcəyəm və səninlə birlikdə olacağam. Özümlə legitimliyi, bayrağı, sizin etimadınızı aparıram. Bu sarayı biz Orbelianiyə qaytarmalıyıq”, - deyə Zurabişvili söyləyib.
Xatirə SADİQ