Üzərinə "Ərdoğanı da belə aparacaqlar" yazılan FOTO aranı qatdı - "Saçına toxunsanız..." + VİDEO
Yunanıstanlı siyasətçi, sağçı siyasi partiyanın sədri Faylos Kranidiotis Nikolas Maduronun ABŞ xüsusi təyinatlıları tərəfindən saxlanılarkən çəkilmiş şəklinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı montaj edib.
SAVASHMEDİA.az xəbər verir ki, F. Kranidiotis sözügedən şəkli öz sosial şəbəkə hesabında paylaşaraq “Ərdoğanı da belə aparacaqlar” yazıb.
Yunan siyasətçinin bu davranışı Türkiyə iqtidarı ilə yanaşı müxalif cəbhədə də narazılıqla qarşılanıb.
Belə ki, CHP sədri Özgür Özel Faylos Kranidiotisə sərt reaksiya verib:
“Yunanıstanlı bir həddini bilməz siyasətçi Nikolas Maduronun şəklinə sünni intellektlə Ərdoğanı montaj edib. Həddini bil! Nəinki Türkiyə Respublikasının prezidentini, Prezident iqamətgahının qarşısından bir vətəndaşımızı belə aparmağa cəsarəti olan varsa, buyursun! O qədər də deyil! Ölkəmizdə nə seçilmişə toxuna bilərsiniz, nə də onu seçənlərə. O seçilmiş (R.T.Ərdoğan-red) zülm edirsə, pislik edirsə, biz qarşısındayıq. Hansı partiyalı olmasından asılı olmayaraq, ən üstdəkindən kənddəkinə qədər hər hansı bir vətəndaşımızın saçına toxunsan qarşında bizi tapacaqsan, ağlını başına al!”.
Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və xanımı Cilia Flores yanvarın 3-də ABŞ-nin “Delta Force” xüsusi təyinatlılarının keçirdiyi əməliyyatla saxlanılıb.
Yanvarın 5-də məhkəməyə çıxarılan Maduro özünü “hərbi əsir” adlandırıb. Xanımı Cilia Floresin isə məhkəməyə gətirilərkən gözünün altında qançır və başında sarıq olub.
Onun döyüldüyü ehtimal edilib. İlkin ifadələr alınıb, növbəti məhkəmə martın 17-nə təyin olunub.
Banu