Putin Priqojinin biznesini azərbaycanlı tələbə yoldaşına bağışladı - Rəhimov yüksəlişdə
Yevgeni Priqojinin ölümündən sonra onun biznes imperiyasının kimə təhvil verilməsi ilə bağlı təfərrüatlar məlum olub.
SAVASHMEDİA.az xəbər verir ki, “Vaqner” rəhbərinin nəzarətində olmuş bəzi şirkətlərin sonradan azərbaycanlı iş adamı İlham Rəhimova bağlı şirkətlərlə əvəzləndiyi bildirilir.
Xatırladaq ki,, İlham Rəhimov Rusiya Prezidenti Vladimir Putinin tələbə yoldaşı olub.
Araşdırmaya görə, Rəhimovla əlaqəli dörd şirkət Moskva məktəblərində qida təminatı üçün 2026–2028-ci illəri əhatə edən 39 müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 126,7 milyard rubl təşkil edir.
Həmin şirkətlər 2024-cü ilin martında yaradılıb. Onların sahiblərinin isə daha əvvəl Rəhimovun böyük pay sahibi olduğu “Qrandtitul” şirkətində işlədiyi bildirilir.
Qeyd edək ki, Yevgeni Priqojin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri və Rusiyada tanınmış biznesmen olub. O, 2023-cü ilin iyununda Rusiya hakimiyyətinə qarşı silahlı qiyam təşkil edib, həmin il avqustun 23-də isə təyyarə qəzasında həlak olub.
Oğuz