ABŞ məşhur azərbaycanlının oğluna sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya əleyhinə sanksiyalar siyahısına yeni adlar daxil edib.

Jan 10, 2025 - 20:51
Jan 10, 2025 - 20:56
ABŞ məşhur azərbaycanlının oğluna sanksiya tətbiq etdi

SAVASHMEDİA.az-ın xəbərinə görə, yeni siyahıda Rusiyanın neft və qaz şirkətlərinin rəhbərləri daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatında qeyd olunub ki, syahıya Vadim Vorobyov (LUKOIL-un rəhbəri), Aleksandr Dyukov (Qazprom Neftin rəhbəri), Nail Maqanov (Tatneft), Sergey Kudryashov (Zarubejneft), Vladimir Çernov (Başneft) daxil edilib.

Bundan başqa, LUKOIL-un təsisçisi və ən böyük səhmdarı, əslən azərbaycanlı olan Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərov da siyahıya əlavə edilib. 

O, siyahıda Welltech neft-servis şirkətinin ortağı kimi qeyd olunub.

Səlcuq