İran 2 səfirlik əməkdaşını saxladı, biri döyülüb - Diplomatik QALMAQAL
İranın təhlükəsizlik qüvvələri Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını saxlayaraq saatlarla dindirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
Nazirin sözlərinə görə, diplomatlar saatlarla sorğu-sual edilib, onlardan biri isə fiziki zorakılığa məruz qalıb. Daha sonra hər iki əməkdaş səfirliyə qaytarılıb və onların yaxın saatlarda Fransaya yola salınacaqları bildirilib.
Paris hadisəni diplomatik toxunulmazlığın kobud şəkildə pozulması adlandırıb və İranı bunun mümkün nəticələri barədə xəbərdar edib.
Hadisənin səbəbi barədə isə rəsmi məlumat verilməyib.
Oğuz