Babaxanyan Samirə Əfəndini təhqir etdi - "Erməni kişisini qucaqlamaq üçün..." + VİDEO 

Müğənni Samirə Əfəndinin Astanada keçirilən müsiqi müsabiqəsində Ermənistan təmsilçisinə 12 bal verməsi və onu qucaqlamasına ermənilərin də cavabı gecikməyib.

Nov 27, 2025 - 17:58
Babaxanyan Samirə Əfəndini təhqir etdi - "Erməni kişisini qucaqlamaq üçün..." + VİDEO 

Bella Babaxanyan adlı erməni blogger Samirə Əfəndinin hərəkətini tənqid edib. 

Bella Babaxanyanın dediklərindən:

“Paşinyan və Əliyev sülhdən danışandan sonra nədəncə azərbaycanlıların hamısı sülh tərəfdarı oldu, mehribanlaşmağa başladılar. Bu qız da yarışda bizim iştirakçıya yüksək bal verdi və nə üçünsə özünü çox mehdiban göstərməyə çalışdı. Sanki o, sülh tərəfdarıdır. Hətta bizim təmsilçini qucaqladı da. Bəlkə də bu erməni kişisini qucaqlamaq üçün bir fürsət idi. O bu hərəkəti erməni kişisini qucaqlamaq üçün etdi. Ancaq nədənsə bizim təmsilçini qucaqlayanda müharibədə ölən qardaşlarını, oğullarını yadından çıxardı”.

Qeyd edək ki, Samirə Əfəndinin erməni təmsilçisinə 12 bal verməsi, onu qucaqlaması narazılığa səbəb olub və günlərdir müğənni bu hərəkətinə görə sərt tənqid edilir. (tribuna)