"Arvadım mənim rəqs etməyimə nifrət edir, deyir ki..." - Tramp
ABŞ prezidenti Donald Tramp Venesuelanın keçmiş lideri Nikolas Maduronu onu təqlid etməkdə günahlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp Maduronun bu davranışından narazılığını açıq şəkildə ifadə edib:
“Maduro çox qəddar adamdır. O, milyonlarla insanı öldürüb. Karakasın mərkəzində onun işgəncə kamerası var. Səhnəyə çıxıb mənim rəqsimi kopyalamağa çalışırdı”.
Tramp daha sonra həyat yoldaşı Melaniyanın onun rəqs etməsini bəyənmədiyini etiraf edib.
“Arvadım mənim rəqs etməyimə nifrət edir. Mənə deyir ki, sən Ruzveltin rəqs etdiyini təsəvvür edə bilirsənmi?’ - deyə Tramp əlavə edib.
Səlcuq