“Google” Meksika körfəzinin adını dəyişdirdi

“Google” korporasiyası Meksika körfəzinin adını Amerika Körfəzinə dəyişdirib və yeni toponim artıq “Google Maps” kartoqrafiya xidmətində əksini tapıb. 

Feb 11, 2025 - 13:09
“Google” Meksika körfəzinin adını dəyişdirdi

SAVASHMEDİA.az xəbər verir ki bu barədə korporasiya bloq yazısında elan edib.

“Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) rəsmi olaraq Meksika Körfəzinin adını ABŞ-də Amerika Körfəzi olaraq yeniləyib”, - deyə korporasiya bildirib. 

Toponimin adının dəyişdirilməsi ABŞ prezidenti Donald Trampın 25 yanvar 2025-ci il tarixli sərəncamı əsasında baş verib . Həmin gün amerikalı prezidenti  Alyaskadakı Denali zirvəsinin adının Makkinli adlandırılması barədə də göstəriş vermişdi.

Tramp ilk dəfə yanvarın 7-də Meksika körfəzinin adının dəyişdirilməsi ilə bağlı qərarını elan edib.

Meksikanın keçmiş mədəniyyət naziri Xose Alfonso Suares del Real “Meksika körfəzi” adının beynəlxalq səviyyədə tanındığını və yüz illərdir dəniz naviqasiya nişanı kimi istifadə edildiyini bildirib.

“Reuters” hesab edir ki, Meksika körfəzinin adının dəyişdirilməsinin beynəlxalq səviyyədə tanınması çətin olacaq.

Xatirə SADİQ