"Mehmet Karahanlı" "Kurtlar vadisi"ndən niyə ayrıldığını açıqladı - İLK DƏFƏ

Türkiyəli aktyor Zafer Ergin illər sonra "Kurtlar vadisi" serialından ayrılmasının səbəbini açıqlayıb.

Apr 27, 2025 - 16:37
"Mehmet Karahanlı" "Kurtlar vadisi"ndən niyə ayrıldığını açıqladı - İLK DƏFƏ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə o, "Aslı Şafak’la İşin Aslı" proqramında danışıb:

"Serialdan ayrılmağımın əsas səbəbi zərərli və pis vərdişlərə səbəb olması idi. Bəzi dostlarım soruşurdu ki, dünyanın pulunu alırsan, niyə "Kurtlar vadisi"ndən ayrılırsan? Onlara deyirdim ki, mənim öz prinsiplərim var. Televiziya böyük silahdır. Televiziyalar insanları yaxşılığa, doğruya, gözəlliyə yönəltmək qabiliyyətinə malikdir".

Qeyd edək ki, aktyor ekran işində "Mehmet Karahanlı" obrazını canlandırırdı.