Lavrov özünü saxlaya bilmədi, tədbirdə söyüş söydü - "Blyad..." + VİDEO
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Diplomatiya Akademiyasında keçirilən səfirlərin 12-ci "dəyirmi masa" toplantısında diqqət çəkən hadisə ilə gündəmə gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, Lavrov sual verən jurnalistin kimliyini səhv saldıqdan sonra əsəbi reaksiya nümayiş etdirib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə rusiyalı nazirin açıq mikrofon qarşısında qeyri-etik ifadə işlətdiyi iddia olunur.
Hadisədən dərhal sonra tədbir iştirakçılarından biri Lavrova düzəliş edərək, sualı verən şəxsin onun düşündüyü şəxs deyil, yəmənli jurnalist olduğunu bildirib. Bu məlumatdan sonra zalda qısa çaşqınlıq yaranıb.
Videonun yayılmasından sonra Lavrovun işlətdiyi ifadə geniş müzakirə olunub. Bir çox rusdilli istifadəçi nazirin "blyad" ifadəsini işlətdiyini iddia edir. Bu, rus dilində ən çox işlənən kobud söyüşlərdən biridir və kontekstdən asılı olaraq "lənət olsun", "nə zibil işdir", yaxud daha sərt formada təhqiramiz ifadə kimi işlənə bilir.
Qeyd edək ki, Lavrov daha əvvəl də jurnalistlərlə ünsiyyət zamanı sərt reaksiyaları və emosional çıxışları ilə gündəmə gəlib.
Amma məsələ burasınmdadır ki, videonun səsi tam aydın deyil. Buna görə də bəzi mənbələr ifadənin məhz "блядь" olduğunu iddia etsələr də, rəsmi stenoqram və ya Rusiya XİN tərəfindən bununla bağlı təsdiq yoxdur.
Səlcuq
Посмотреть эту публикацию в Instagram