Dənizdə batan 4 qohumun son dəqiqələri - Bu da həmin VİDEO 

Mərdəkan çimərliyində batan 4 gəncin faciədən əvvəl çəkilən son görüntüləri yayılıb.

Jun 23, 2026 - 14:07
Jun 23, 2026 - 14:23
Dənizdə batan 4 qohumun son dəqiqələri - Bu da həmin VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, həyatını itirən gənclərin hamısı Lerik rayonunun Orand kənd sakinləri olub.

Meyiti sudan çıxarılan qardaşlar - 2005-ci il təvəllüdlü Elnur Əbdülov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov dəfn üçün doğma kəndlərinə aparılıb.

1991-ci il təvəllüdlü Namiq Əzimov Bakıda dəfn olunacaq. Onun qohumu, 2003-cü il təvəllüdlü Pərviz Məcidovun isə axtarışları davam edir.

Bildirilib ki, gənclər paytaxta mövsümi iş üçün gəlib, tikinti sahəsində çalışıblar. İşlərini başa vurduqdan sonra istirahət məqsədilə dəniz sahilinə yollanıblar.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)