Razi Nurullayevin qardaşı Aygün Kazımovanı Dubaya apardı - Bahalı məclisdən VİDEO

Azərbaycanlı iş adamı Dubay şəhərində oğluna təmtəraqlı toy mərasimi keçirib.

Jan 6, 2026 - 21:11
Jan 6, 2026 - 22:39
Razi Nurullayevin qardaşı Aygün Kazımovanı Dubaya apardı - Bahalı məclisdən VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, mərasimdən çəkilmiş kadrlar sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, toy yüksək səviyyədə və olduqca dəbdəbəli şəkildə təşkil olunub. Məclisdə Azərbaycanın Xalq artisti Aygün Kazımova, müğənni Nəsimi Məmmədov və digər tanınmış simalar səhnə alıblar. Toyun aparıcısı Nanə Ağamalıyeva olub.

Dubayın məşhur “Ritz-Carlton” hotelində keçirilən toy deputat Razi Nurullayevin qardaşı, tikinti maqnatı kimi tanınan Hasil Nurullayev tərəfindən təşkil edilib. Məclisin sonunda məkanın səviyyəsinə uyğun olaraq möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Məsələ ilə bağlı oxu24.com deputat Razi Nurullayev ilə əlaqə saxlayıb. O, sözügedən görüntülərlə bağlı “Allah mübarək eləsin!” deməklə kifayətlənib. Deputat özünün mərasimdə iştirak edib-etməməsi barədə sualı cavabsız qoyub.