“iPhone 17” neçəyə satılacaq? - Açıqlandı

“Apple” şirkətinin sentyabrın 9-da təqdim edəcəyi “iPhone 17” modelinin gözlənilən satış qiymətləri açıqlanıb. 

Aug 29, 2025 - 01:12
“iPhone 17” neçəyə satılacaq? - Açıqlandı

SAVASHMEDİA.az xəbər verir ki, şirkətin yeni smartfon seriyası dörd fərqli modeldən ibarət olacaq və bu modellərdən üçü ötən ildən təxminən 50 ABŞ dolları baha qiymətə satılacaq. 

Beləcə “iPhone 17” modelinin gözlənilən başlanğıc qiymətinin 799 ABŞ dollar təşkil edəcəyi bildirilir. 

“iPhone 17 Air” – 949, “iPhone 17 Pro”  – 1049, “iPhone 17 Pro Max” isə  1249 ABŞ dolları dəyərində satılacaq.

qafqazinfo