"Tramp rus agentidir" - Portuqaliya prezidenti

Portuqaliya Prezidenti Marselu Rebelo de Souza sensasion bəyanatla çıxış edib. Onun sözləri beynəlxalq medianın diqqətini çəkib.

Aug 29, 2025 - 00:53
Aug 29, 2025 - 00:57
"Tramp rus agentidir" - Portuqaliya prezidenti

De Souza bildirib ki, “dünyanın ən böyük supergücünün ali rəhbəri obyektiv şəkildə sovet və ya rus agentidir. O, agent kimi fəaliyyət göstərir”. Bu fikirləri Portuqaliya mətbuatı – Portugal Pulse yayıb. 

Sərt açıqlama Donald Trampın beynəlxalq siyasətdəki mövqeyinə dair qalmaqallı müzakirələri daha da qızışdırıb. ABŞ prezidenti barədə belə bir ittihamın Avropa ölkəsinin dövlət başçısı səviyyəsində səsləndirilməsi Qərb siyasi dairələrində də ciddi rezonans doğura bilər.

Fotoda Marselu Rebelo de Souza

Hazırda bəyanat ətrafında müxtəlif təhlillər aparılır. Ekspertlərə görə, bu sözlər Trampın Rusiya ilə münasibətləri barədə Qərbdə artan şübhələrin yeni mərhələyə keçməsindən xəbər verir. (musavat)

Mənbə: https://censor.net/en/news/3571086/portuguese-president-trump-is-a-russian-agent