Tramp müdafiə və daxili təhlükəsizlik nazirlərinin adlarını açıqladı
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp gələcək kabinetindəki mühüm vəzifələrə təyin olunacaq bir sıra şəxsin adını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Tramp bildirib ki, onun administrasiyasında müdafiə naziri “Fox News” telekanalının şərhçisi və ordu veteranı Pit Heqset olacaq. Onun sözlərinə görə, P.Heqset Pentaqonun hazırkı “proqressiv” rəhbərliyinə qarşı çıxır.
Senat tərəfindən onun namizədliyi təsdiqlənərsə, Heqset prezidentinin ordunu diversifikasiya etmək üçün mütərəqqi təşəbbüsləri irəli sürməkdə ittiham etdiyi generallardan ordunu təmizləyə və Trampın seçkiqabağı vədlərini yerinə yetirə bilər.
Bu, həmçinin Heqsetlə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, Hərbi Hava Qüvvələrinin generalı Çarlz Braun arasında qarşıdurmaya gətirib çıxara bilər. Heqset generalı “solçu siyasətçilərin radikal mövqelərini” ifadə etməkdə ittiham edib.
Tramp qərarını elan edərkən, xatırladıb ki, ordu veteranı olan Heqset Əfqanıstan, İraq və Quantanamoda xidmət edib.
Tramp daxili təhlükəsizlik naziri vəzifəsinə Cənubi Dakota qubernatoru Kristi Noemin namizədliyini irəli sürüb.
Noem 2022-ci ildə Cənubi Dakota qubernatoru seçilib. O, COVID-19 pandemiyası zamanı ştatda maska rejiminib tətbiqindən imtina etdiyinə görə məşhurlaşıb.
“Kristi özünü sərhəd təhlükəsizliyinin çox qətiyyətli tərəfdarı kimi göstərib. O, Bayden administrasiyası zamanı sərhəddəki böhranla mübarizəyə kömək etmək üçün Texasa Milli Qvardiya qoşunlarını göndərən ilk qubernator oldu və onlar düz səkkiz dəfə ora göndərilib”, - deyə Tramp bəyanatında bildirib.
Tramp bildirib ki, Noem “sərhəd çarı” Tom Homanla sıx əməkdaşlıq edəcək.
Xatirə SADİQ