Əcnəbilərin Ukrayna müharibəsində vuruşması qanuniləşdi
Ukrayna Ali Radası əcnəbilərin ölkənin Silahlı Qüvvələrində müqavilə əsasında xidmət keçməsi barədə qanunu bəyənib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Radanın deputatı Yaroslav Jeleznyak öz teleqram kanalında bildirib.
Onun sözlərinə görə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müqavilə əsasında xidmət göstərilməsi qaydası haqqında qanun yekun oxunuşda qəbul edilib. Qanun layihəsini 276 deputat bəyənib.
Onun həmkarı Aleksey Qonçarenko öz teleqram kanalında qanunun vacib olduğunu bildirib. “Əsas ideya əcnəbilərin təkcə əsgər və çavuş kimi deyil, həm də zabit kimi cəlb edilməsinə imkan yaratmaqdır”, - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Ukrayna hökuməti sentyabrın 6-da əcnəbilərə Ukrayna Silahlı Qüvvələrində və kəşfiyyatda zabit kimi xidmət etməyə icazə verilməsini təklif edib.
Xatirə SADİQ