"İran nüvə iddiasından geri çəkilməyib, onlar hələ də..." - ABŞ senatoru

ABŞ senatoru Con Korni İranın hələ də nüvə silahına sahib olmaq niyyətində olduğunu bildirib. 

Oct 31, 2025 - 16:27
Oct 31, 2025 - 16:28
"İran nüvə iddiasından geri çəkilməyib, onlar hələ də..." - ABŞ senatoru

SAVASHMEDİA.az xəbər verir ki, senator iyulda keçirilmiş son hərbi əməliyyatların İranın nüvə potensialını tamamilə məhv etmədiyini etiraf edib.

“İranın nüvə dövləti olmaq ambisiyasını dayandırdığımızı və ya ram etdiyimizi düşünmək üçün heç bir əsas yoxdur. Bu təhlükə ilə mübarizədə ayıq-sayıq və qətiyyətli olmalıyıq. İranın hələ də onu bərpa etmək üçün alimləri və təcrübəsi var, dağıntılar altında hələ də avadanlıqlar var. Buna görə də, onların hələ də hərəkətdə olmasına təəccüblənmirəm”, - Kornin qeyd edib.

Aytən İbrahimova