İlon Mask Avropa Parlamentini tənqid etdi – “bu, qeyri-demokratikdir”
Amerikalı milyarder İlon Mask Avropa Komissiyası (AK) ilə Avropa Parlamenti (AP) arasında səlahiyyətlərin bölüşdürülməsini qeyri-demokratik adlandırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Mask sahibi olduğu “X sosial şəbəkəsində yazıb.
Mask bir gün əvvəl AK-ın yeni tərkibinin təsdiqi prosedurunu tənqid edib. “Bu, qeyri-demokratikdir, Avropa İttifaqı (Aİ) parlamenti məsələlər üzrə birbaşa səs verməlidir və AK-a səlahiyyətlər verməməlidir”, - deyə Mask vurğulayıb.
O, AP-ın Kiprdən olan deputatı Fidias Panayotunun AK-ın yeni tərkibi üçün səsvermə prosesini tənqid etdiyi videoya da münasibət bildirib. Guya avropalı deputatlar komissiyanın ayrı-ayrı üzvlərinə səs verə bilmirlər, bütün tərkibi paket kimi təsdiqləməlidirlər.
Halbuki AP-ın Avropa komissarları vəzifələrinə irəli sürülmüş namizədlərə birbaşa səs vermək imkanı var. Namizədlərin irəli sürülməsi zamanı deputatlar tərəfindən müsahibə keçirilir və komitələrdə ayrı-ayrılıqda səs verilir. AP nümayəndələri hər bir namizədi təsdiq və ya rədd edə bilər. Sonra plenar iclasda bütün komissiyaya 720 deputat yenidən səsə verir.
Xatırladaq ki, İlon Mask dəfələrlə Aİ rəsmilərinə və siyasətçilərinə qarşı sərt açıqlamalar verib. Oktyabr ayında o, AK-ın vitse-prezidenti Vera Yurova ilə onlayn mübahisəyə girdi və onu “bayağı bürokratik şərin təcəssümü” adlandırdı.
Xatirə SADİQ