Rauf Arifoğlu Əli Kərimlinin üzünə durub? - Özündən AÇIQLAMA

Elə həşir salıblar ki, sanki Əli Kərimli dünən tutulub, qandalı da mən vurmuşam!

Nov 21, 2026 - 10:45
Nov 21, 2026 - 12:32
Rauf Arifoğlu Əli Kərimlinin üzünə durub? - Özündən AÇIQLAMA

Əlinin ən yaxın adamlarının, xüsusən də Fuad Qəhrəmanlının istintaqla əməkdaşlıq edərək verdiyi ifadələr qalıb kənarda. Bütün itli-pişikli, qocalı-cavanlı trol şəbəkəsi tökülüb üstümə!

Nə olub? Nə baş verib?

Əlinin həbsindən düz altı il əvvəl açıq və ÜZÜNƏ yazdığım, danışdığım məsələləri istintaqda və məhkəmədə təkrar etmişəm. Moskvada qurulan Milli Şuranın Bakıya gətirilməsi barədədir hər şey! Başqa bir mövzu yoxdur! Mənim ifadəm də, dediklərim də 2013-cü ildə qurulan Milli Şura epizodu üzrədir. 2013-cü ildən başlayaraq mən hər yerdə bu layihəni vətənə xəyanət hesab etdiyimi yazmışam. Öz imzamla və açıq. Buna görə də 2013-cü ilin əvvəllərinə qədər dost olduğum Əli Kərimli ilə, seçkidə vəkili olduğum Cəmil Həsənli ilə münasibətim pozulub, düşmən olmuşuq.

Kərimli həbs olunan gün məni istintaqa çağırdılar, 2013-14 və 2019-cu ildə yazdığım, buradan da paylaşdığım yazıdakı xüsusatları soruşdular. İfadə verdim. Yazıların özəti kimi. Nə yeni fakt açıqlamışam, nə də kənar kiminsənin adını çəkmişəm!

Yalandır! Əli Kərimli məhkəmədə üzümə və şəxsimə «üzəduran» deməyə cəsarət etmədi. Cəm halında məhkəməni, aparılan prosesi sifarişli, bütün şahidləri saxta və üzəduran adlandıraraq, ifadə verməyəcəyini bildirdi. Məndən əvvəl ifadə verən şahidlərin heç biri də onun xeyrinə ifadə verməyiblər! Mənə aid məhkəməyə xitabən dediyi: “Siz gerçək məhkəmə olsaydınız, bu adamı şahid kimi dəvət edə bilməzdiniz. Bu şəxs mənim hakimiyyətə gəlməməm üçün əlində silah vuruşacağını deyib. Mənə açıq qərəzlidir…” olduğu kimi yazıram! Bunları deyərkən özü də, səsi də titrəyirdi.

Vəssalam. Susub, oturub. 

Amma sonra da vəkilləri ilə şəbəkə itlərinə “dırcı” komandası verib.

İndi bu komanda ilə köpəkli-qancıqlı bir linç kampaniyası başlayıblar.

Bütün bunları izləyirəm. Kimin nə etdiyini, nə yazdığını toplayıram.

56 dəqiqə ifadədə olmuşam. Səlis, dürüst, birxətli. Bütün stenoqramı da, səs yazısını da ortaya qoya bilərəm. Və belə getsə qoyacağam da.

ŞirƏlinin şəbəkə itləri utanan deyil, fakt onlara lazım da deyil. Amma bəziləri bundan 100 faiz utanacaqlar.

Rauf Arifoğlu