Əlisa Nicatı müdafiə edənlər yerlibazlıq edir? - "Filosof deyil, bir cümləsi belə yoxdur"
Təhsil eksperti Etibar Əliyev yazıçı Əlisa Nicatla bağlı tənqidi fikirlər səsləndirib.
SAVASHMEDIA.az xəbər verir ki, keçmiş deputat, təhsil eksperti Etibar Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, naşir Şahbaz Xuduoğlunun Əlisa Nicata baş çəkməsi ilə bağlı paylaşdığı videoda yazıçının “KQB” adlı kitab üzərində işlədiyi görünür.
“Əlisa Nicat əlində iri həcmli ‘KQB’ kitabını Şahbaza göstərib deyir ki, bunu tərcümə edirəm. Bu mövzuda yüzlərlə kitab yazılıb. Ahıl bir yazıçını XXI əsrin 26-cı ilində bu mövzuya itələyən nədir? Nədən bizim yazıçılar, elm adamları yaşlaşdıqca daha çox dini və siyasi mövzulara meyl edirlər?” - ekspert vurğulayıb.
Fotoda Etibar Əliyev
Etibar Əliyev Əlisa Nicatın kitabxanasını da tənqid edib:
“Evindəki kitabxanasını gördüm. Əsla yazıçı kitabxanasına bənzəmədi. Onu filosof adlandıranlara isə demək istəyirəm: Əlisa Nicat filosofdursa, onda mən kosmonavtam...”
Əliyev daha sonra əlavə edib ki, Əlisa Nicatın Azərbaycan fəlsəfi fikir tarixinə düşəsi bir cümləsi belə yoxdur:
"Bu fikrimə görə Facebook-da nadan sürüsünün təhqirlərinə məruz qalmışam. Bunların yazılarına baxırsan, hamısı eyni təfəkkür daşıyıcıları, eyni ibtidai regionçuluq təəssübkeşləri, eyni danqabaşlardır. Ağıl yox, savad yox, əxlaq yox. Pusqudadırlar ki, kiminsə fikrinə öküz qırmızı parçaya hücum çəkən kimi hücum etsinlər”.
Oğuz