73 yaşlı Bricit Makron çimərlik geyimində görüntüləndi – FOTOLAR
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron istirahət zamanı obyektivlərə tuş gəliblər.
SAVASHMEDİA.az “Hola!” jurnalına istinadən xəbər verir ki, E.Makronla xanımı Fransa prezidentlərinin rəsmi istirahət iqamətgahı olan Breqanson qalasına tətilə yollanıblar.
Bricit Makron sahildə stulda əyləşərkən kameraya düşüb. 73 yaşlı birinci xanım qara rəngli futbolka, qısa şort və idman ayaqqabısı geyinib. Həmçinin gün eynəyi və beysbol papağı taxıb.
48 yaşlı Emmanuel Makron isə hidrosiklet sürərkən görüntülənib.
Qeyd edək ki, Breqanson qalası 1968-ci ildən Fransa prezidentlərinin rəsmi istirahət iqamətgahı kimi istifadə olunur.
Banu
Fotolarda: Bricit Makron və Emmanuel Makron