“The Washington Post” yalan yazıb - Ukrayna XİN təkzib etdi  

“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı barədə Kiyevə əvvəlcədən məlumat verildiyi barədə xəbər həqiqətə uyğun deyil”.

Nov 11, 2024 - 08:48
“The Washington Post” yalan yazıb - Ukrayna XİN təkzib etdi  

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixi deyib. 

“Bu baxımdan Ukrayna bu söhbəti nə dəstəkləyə, nə də onun əleyhinə ola bilərdi”, - deyə sözçü vurğulayıb.

Qeyd edək ki, “The Washington Post” iddia edib ki, Trampın Putinə zəngi barədə Ukrayna hökuməti əvvəlcədən məlumatlandırılıb və söhbətin aparılmasına etiraz edilməyib.

Xatirə SADİQ