Rusiyada Azərbaycan diasporunun lideri öz evində belə tutuldu - FSB əməliyyatının VİDEOSU
Permdə Azərbaycan diasporunun liderlərindən olan Ruslan Məmməd oğlu Məmmədov saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) onun saxlanılmasının görüntülərini yayıb.
Görüntülərə əsasən, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları R.Məmmədovun yaşadığı evə gedərək qapını döyüblər. Qapını açan R.Məmmədov sərt müdaxilədən sonra yerə yıxılıb.
Məlumata görə, Məmmədov pul qarşılığında yerli sakinin cinayət işinin dayandırılmasına kömək etməyə çalışıb. O, rüşvətə vasitəçilik etməkdə ittiham olunur.
Məhkəmənin qərarı ilə Məmmədov oktyabrın 7-dək istintaq təcridxanasına göndərilib. Apellyasiya instansiyası həbs qərarını qanuni hesab edib.
FTX həmçinin bildirib ki, R.Məmmədovun 4 iyun 2076-cı ilədək Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul edilib.
Banu