Konqresmendən Trampa impiçment hədəsi - “Verdiyi alçaq təkliflər...”
Amerikalı konqresmen Al Qrin prezident Donald Trampa qarşı impiçment proseduruna başlamaq niyyətində olduğunu açıqlayıb.
SAVASHMEDİA.az xəbəbr verir ki, konqresmen bu barədə Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı deyib.
ABŞ-nin Qəzzanı “ələ keçirməli” və ərazini “Yaxın Şərq Rivierası”na çevirməli olduğu barədə Trampın bəyanatını şərh edən Qrin bu cür hərəkətlərin etnik təmizləməyə bərabər olduğunu bildirib.
“Prezidentə qarşı impiçment hərəkətlərinə başlanıb. Mən ona görə ayağa qalxdım ki, verdiyi alçaq təkliflərə və törətdiyi namərd əməllərə görə prezidentə qarşı impiçment haqqında maddəni irəli sürəcəyimi elan edim”, - deyə konqresmen deyib.
Qeyd edək ki, Qrin Demokratlar Partiyasını təmsil edir.
Tramp birinci prezidentliyi dönəmində iki dəfə (2019 və 2021-ci illər) haqqında impiçment proseduru elan edilmiş ilk ABŞ prezidentidir. Hər iki impiçment Senatda rədd edilib.
Xatirə SADİQ