Xarici biznes Rusiyaya qaytarılır? - Putinin “adamı”ndan açıqlama
“Artıq xarici biznesin Rusiyaya qaytarılması prosesi gedir və şirkətlər fəal danışıqlar aparır”.
SAVASHMEDİA.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, proqnoz qalmaqdadır və biz artıq bəzi şirkətlərin geri qayıtdığını görürük. Sadəcə, bu, bir o qədər də açıq getmir. Lakin, əlbəttə ki, bu proses artıq gedir”, - deyə Dmitriyev vurğulayıb.
Fond rəhbəri həmçinin qeyd edib ki, prosesin yaxşı göstəricilərindən biri Rusiyada xarici ticarət nişanlarının getdikcə daha çox qeydiyyata alınmasıdır.
“Müxtəlif sənaye sahələrində fəaliyyət göstərən çoxlu bizneslər öz maraqlarını təsdiqləyir və birbaşa danışıqlar aparırlar”, - deyə o, əlavə edib.
Xatirə SADİQ