"Fənərbağça"nı rüsvay etmisən, istefa ver - Fatih Portakal

Türkiyənin məşhur jurnalisti, xəbər aparıcısı Fatih Portakal “Fənərbağça”nın prezidenti Ali Koçu sərt tənqid edib.

May 8, 2025 - 15:12
"Fənərbağça"nı rüsvay etmisən, istefa ver - Fatih Portakal

SAVASHMEDİA.az xəbər verir ki, “Fənərbağça” azarkeşi olan F.Portakal Ali Koçu klubu rəzil etməkdə günahlandırıb:

“Ali bəy istefa verməyi düzgün hesab etmirəm deyir. Ali bəy, komandanı rüsvay etmisiniz. Bir tərəfdar olaraq məni pərişan etmisiniz. Hələ də o kresloda oturacağınızı deyirsiniz. İstər prezident kürsüsü olsun, istər müxalifət, istərsə də Fənərbağçanın prezidenti kürsüsü gələn hər kəs oturur, getmək istəmir.Nə vaxt gedəcəksiniz? Komanda uğur əldə edə bilmir, bizi rəzil edirsiniz. Artıq gedin, başqalarına şans verin! Hər matçda məyus olmağa məcburuqmu biz? Ümid edirəm ki, son fikriniz bu deyil, azarkeşləri dinləyib gedərsiniz”.

Xatırladaq ki, “Fənərbağça” azarkeşlərinin “artıq istefa verin!” çağırışına Ali Koç “İstefa verməyi doğru hesab etmirəm, yolumuza davam edəcəyik” cavabını verib.

Banu