UEFA siyahını açıqladı, "Turan Tovuz"u "Zirə" əvəzlədi - FOTO
UEFA Konfrans Liqasının 2026/2027 mövsümü üçün ilkin iştirakçı siyahısını dərc edib.
SAVASHMEDİA.az xəbər verir ki, siyahıda Azərbaycan təmsilçiləri kimi "Neftçi" və "Zirə"nin adları yer alıb.
Bununla belə, UEFA açıqlayıb ki, sözügedən siyahı yekun deyil və yalnız hazırkı idman nəticələrinə əsaslanır.
Lisenziyalaşdırma prosesləri, intizam işləri və digər hüquqi prosedurlar başa çatmadığından iştirakçılarla bağlı dəyişikliklər mümkündür.
Xatırladaq ki, UEFA-nın qərarı ilə "Turan Tovuz" avrokuboklardan kənarlaşdırılıb. Klubun CAS-a müraciəti nəzərə alınaraq, Azərbaycanın avrokuboklardakı yekun təmsilçiləri ilə bağlı vəziyyət hələ tam dəqiqləşməyib.
Oğuz