"Çelsi"nin qalib gəldiyi oyundan sonra əlbəyaxa - Məşqçilər də davaya girdi + VİDEO 

2025-ci il klublararası dünya çempionatının finalında keçirilən "Çelsi" - PSJ oyunundan sonra qalmqal yaşanıb.

Jul 14, 2025 - 08:29
"Çelsi"nin qalib gəldiyi oyundan sonra əlbəyaxa - Məşqçilər də davaya girdi + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, PSJ-nin qapıçısı Canluici Donnaruma ilə "Çelsi"nin futbolçuları arasında meydançada əlbəyaxa dava düşüb.

Davada təkcə futbolçular deyil, hər iki komandanın məşqçiləri də iştirak ediblər.

Xatırladaq ki, final "Çelsi"nin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Oğuz