"Biz Ukraynada qiymə olmaq istəmirik" - Lukaşenko
“Biz Ukraynada qiymə olmaq istəmirik. Zaman keçəcək və bir gün sizə hər şeyin necə başladığını danışacağam”.
SAVASHMEDİA.az xəbər verir ki. ki, bunu Belarus rəhbəri Aleksandr Lukaşenko deyib.
İyunun 5-də Qrodnoda çıxışı zamanı Aleksandr Lukaşenko belarusluların Ukraynadakı müharibəyə göndərilməsinin əleyhinə olduğunu bildirib və belə bir ifadə işlədib:
"Biz Ukraynada başqasının iradəsi ilə döyüşməliyikmi? Orada qiymə olmaq istəyirikmi? Xeyr, biz bunu istəmirik".
Lukaşenko həmçinin söyləyib ki, Belarus Rusiyanın müttəfiqi olaraq qalır. O, qonşu ölkələrə də müraciət edib:
"İstəyirəm ki, polyaklar, litvalılar və ukraynalılar məni eşitsinlər. Biz onlarla döyüşmək istəmirik. Baxmayaraq ki, biz həmişə sizi qorumağa qərarlıyıq".
Oğuz