Roma Papası bu klubun azarkeşi imiş - Özü AÇIQLADI

Roma Papası XIV Leo futbol azarkeşlərinin marağına səbəb olan suala cavab verib.

Jun 6, 2026 - 20:26
Roma Papası bu klubun azarkeşi imiş - Özü AÇIQLADI

SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyaya səfəri zamanı jurnalistlərin "Real Madrid, yoxsa Barselona?" sualını cavablandıran pontifik maraqlı açıqlama verib.

"Papa bütün komandaları dəstəkləyir, amma Robert Prevost "Real Madrid"i dəstəkləyir", - o bildirib. Beləliklə, Roma Papası XIV Leonun "Real Madrid" azarkeşi olduğu məlum olub.

Qeyd edək ki, əsl adı Robert Frensis Prevost olan XIV Leo bu sözləri İspaniyaya uçuşu ərəfəsində jurnalistlərlə söhbətində səsləndirib. Onun cavabı qısa zamanda dünya mediasında geniş rezonans doğurub.

Xatırladaq ki, Robert Frensis Prevost 2025-ci ilin may ayında Roma Katolik Kilsəsinin rəhbəri seçilərək XIV Leo adını qəbul edib.

Aytən